Katarakta (Mirvari suyu) nədir? Katarakta – göz büllurunun şəffaflığını itirərək bulanıqlığa səbəb olduğu bir xəstəlikdir. Büllur göz içərisində işığı retinaya fokuslamaqla aydın görməni təmin edən təbii bir linzadır. Katarakta zamanı bu linza bulanır və işığın düzgün şəkildə retinaya düşməsinə mane olur, nəticədə görmə bulanıqlığı yaranır. Katarakta adətən yaşlanmanın təbii nəticəsi kimi meydana çıxır, lakin digər amillər də bu xəstəliyin yaranmasına səbəb ola bilər. Katarakta inkişaf etdikcə, görmə keyfiyyəti tədricən pisləşir. Başlanğıcda əlamətlər yüngül və fərq edilməz ola bilər, lakin zamanla oxumaq, uzağı görmək və ya avtomobil sürmək kimi gündəlik fəaliyyətlər çətinləşir. Katarakta ilə bağlı olan bulanıqlıq çox yavaş irəliləyir, lakin bəzən xəstələr birdən-birə daha çox bulanıq gördüklərini fərq edə bilərlər. |
Ünvan: Nərimanov rayonu, Faiq Yusifov küç. 146A. Lux İnternational Hospital.