Keratokonus nədir? Keratokonus gözün buynuz qişasının (kornea) strukturunun zəifləyərək nazikləşməsi və qeyri-bərabər şəkildə irəliləyərək konus formasına düşməsi ilə xarakterizə olunan proqressiv bir xəstəlikdir. Kornea gözün ən ön təbəqəsidir və işığın (xəyalların) torlu qişa üzərində düzgün fokuslanmasını təmin edir. Buynuz qişanın anormal şəkildə deformasiyası nəticəsində işıq düzgün fokuslanmır, bu da görmə qabiliyyətinin zəifləməsinə və astiqmatizmin irəliləməsinə səbəb olur. Keratokonus adətən hər iki gözdə baş verir, amma bir gözdə digərindən nisbətən daha ağır ola bilər. |
Simptomlar Keratokonusun simptomları xəstəliyin mərhələsinə və korneadakı dəyişikliklərin sürətinə bağlı olaraq fərqli ola bilər. Əsas simptomlar bunlardır:
|
Keratokonusun diaqnozu adətən oftalmoloq tərəfindən aparılan bir neçə test ilə qoyulur:
Stromal halqalar (və ya intrakorneal halqalar) keratokonusun müalicəsində istifadə edilən minimal invaziv cərrahi üsullardan biridir. Bu prosedur zamanı kiçik plastik halqalar korneanın stroma qatına yerləşdirilir. Halqaların məqsədi korneanın qeyri-normal formasını düzəltmək və görməni yaxşılaşdırmaqdır.
Ünvan: Nərimanov rayonu, Faiq Yusifov küç. 146A. Lux İnternational Hospital.