Oftalmoloq Dr. Rəşadət Qurbanov

Miyopiya və Uşaqlar: Gözləri Necə Qorumaq Olar?

Uşaqlar arasında yaxın məsafədə oxuma, ekran qarşısında çox vaxt keçirmə və açıq havada az vaxt sərf etmə nəticəsində miyopiya (yaxın görmə) problemi artmaqdadır. Müəyyən tədbirlər vasitəsilə bu problemin qarşısı alına bilər. Uşaqların gündəlik açıq havada 1-2 saat vaxt keçirməsi gözləri təbii işıqla təmin edərək miyopiyanın inkişafını yavaşlada bilər. Həmçinin, uşaqlara telefon və planşetlərdən istifadənin məhdudlaşdırılması və göz məşqləri də faydalıdır.